Xəbər lenti

Ağdaş rayon İcra hakimiyyətinin saytı açılmır (FOTO)
Ölkə 21:03 30.12.2025

Ağdaş rayon İcra hakimiyyətinin saytı açılmır (FOTO)

Ağdaş rayon İcra hakimiyyətinin rəsmi saytı açılmır.

Qaynarinfo-nun verdiyi xəbərə görə, agdash-ih.gov.az domeninə tıklayanda saytın təhlükəsizlik səbəbindən brauzer tərəfindən bloklandığı məlum olur.

Belə ki, domen üçün SSL sertifikatının (https - Hypertext Transfer Protocol Secure) müddətinin bitdiyi görünür. Belə olanda brauzer təhlükəsizlik xətti qura bilmir və "Bağlantınız gizli deyil" kimi xəta göstərir.

Müasir brauzerlər (Chrome, Safari) təhlükəsizlik naminə SSL-i olmayan saytları çox vaxt tamamilə bloklayır.
 
Qeyd edək ki, bu sertifikatları bəzi beynəlxalq xidmət saytları pulsuz təklif etsə də, etibarlılıq baxımından illik cəmi 10-30 dollar arası qiymət təklif edən saytlardan almaq olur. Qiymət ehtiyaclarınıza və seçdiyiniz provayderə görə dəyişir.

Qeyd edək ki, Ağdaş Rayonun icra İcra Hakimiyətinin başçısı Orxan Hseynzadədir. O, bu vəzifəyə təxminən bir il əvvəl 2024-cü ilin noyabr ayında təyin olunub.  

Bu ilin 29 avqust tarixində isə Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə Prezident İlham Əliyev tərəfindən şiddətli töhmət elan edilib.

Xatırladaq ki, icra başçısı təyin olunana qədər O.Hüseynzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.
 


Aydın
--> -->