Xəbər lenti

Ağdaşda zəlzələ oldu
Ölkə 09:39 10.11.2025

Ağdaşda zəlzələ oldu

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, saat 02:13-də Xəzər dənizində də 4 maqnitudalı zəlzələ olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->