Xəbər lenti

Ağdaşın yeni icra başçısı kimdir?
Ölkə12:53 01.11.2024

Ağdaşın yeni icra başçısı kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, yeni icra başçısı bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb. 
1983-cü ildə Bakı şəhərində anadan olan Orxan Hüseynzadə 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006-2012-ci illərdə Səhiyyə Nazirliyində, 2012-2018-ci illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında fəaliyyət göstərib. 2018-ci ildən indiyədək isə Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib.
Aydın