Xəbər lenti

Ağdərə və Xocavənddə yanğınlar davam edir
Ölkə23:11 28.07.2025

Ağdərə və Xocavənddə yanğınlar davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdərə və Xocavənd rayonlarının bəzi ərazilərində yanğınlar davam edir.
APA xəbər verir ki, Xocavənd rayonunun Hünərli kəndi və Ağdərə rayonunun Talış kəndi ərazisində dağ massivlərində şiddətli yanğın müşahidə olunur.
Sözügedən rayonlarda alovla mübarizə aidiyyəti üzrə yanğınsöndürən briqadalar tərəfindən davam etdirilir.
Onu da qeyd edək ki, Ağdərə rayonunun Talış kəndi ərazisində alov yaşayış məntəqəsinə yaxınlaşıb.