Xəbər lenti

Ağdərədə qanunsuz erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkarlandı (FOTO)
Ölkə 16:44 05.02.2025

Ağdərədə qanunsuz erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkarlandı (FOTO)

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman vaxtilə orada olan Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->