Ekonomiks 19:34 02.12.2022

Agentlik ayda 26 min manata ofis icarəyə götürür

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ofis icarəyə götürüb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı agentlik fərdi sahibkar Orucov Emil Vidadi oğlu ilə bir illik müqavilə imzalayıb. Müqavilənin maliyyə dəyəri 316 564.4 AZN-dir. Aydın olur ki, agentliyin icarəyə götürdüyü ofis üçün ayda 26 380 AZN ödəyəcək.

Araşdırmalarımız zamanı bəlli olub ki, agentlik 2020-ci ildə də ofis icarəsi üçün Emil Orucovla bir illik müqavilə imzalayıb. Həmin müqavilənin maliyyə dəyəri 288 000 AZN təşkil edib. Yəni, qurum 2020-ci ildə icarə haqqı olaraq 24 000 AZN ödəyib.

İki il sonra icarə haqqı 2 380 AZN artıb. 

Seyid