Xəbər lenti

Agentlik: “Media Reyestri artıq hazırdır”
Ölkə14:15 09.03.2022

Agentlik: “Media Reyestri artıq hazırdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Media Reyestri artıq hazırdır.
Trend xəbər verir ki, bunu Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır”, - deyə N.Məmmədli əlavə edib.
N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib:
"Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilatı hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq”, - deyə o qeyd edib.