Xəbər lenti

Agentlik: “Qarlı yollarda bunları nəzərə alın”
Ölkə06:23 11.02.2020

Agentlik: “Qarlı yollarda bunları nəzərə alın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinlik yaratmayıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilir. 
Məlumatda qeyd olunur ki, Agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhərətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb:
"Buna baxmayaraq, buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik”.