Xəbər lenti

Agentlik rəsmisi saytlara dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirdi
Ölkə12:56 02.06.2021

Agentlik rəsmisi saytlara dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli agentliyin onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsində qaranlıq qalan məqamlara aydınlıq gətirib.  
Qaynarinfo həmin sualları və onlara verilən cavabları təqdim edir. 
- Texniki işçi kateqoriyasına hansı işçiləri aid edirlər? 
- Kütləvi informasiyanın məzmununu yaratmayan redaksiya əməkdaşları texniki işçi sayılır.  Məsələn, bu qəzetlərin nümunəsində korrektor, ədəbi redaktor, dizayner ola bilər, veb-saytlarda isə veb-master, texniki dəstəkçi və s. texniki işçi sayıla bilər. 
- Müsabiqə Qaydalarının 4.2-ci maddəsində qeyd olunub ki, üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olanlar müsabiqəyə qatıla bilməz... Hazırda qüvvədə olan və hələ yerinə yetirilməmiş qərardan söhbət gedir, yoxsa nə vaxtsa olan məhkəmə qərarları da buna aiddir? 
- Əgər müsabiqə elan olunan günə qədərki 1 il ərzində barəsində məhkəmə qərarı yoxdursa, müsabiqəyə qatıla bilər.
- Məhkəmə qərarlarının konkret hansı maddələri əhatə etməsi ilə bağlı bir izahat varmı? 
- Söhbət ümumi məhkəmə qərarından gedir.
Bahar Rüstəmli