Xəbər lenti

Agentlikdən sürücü və sərnişinlərə xəbərdarlıq!
Ölkə15:05 29.11.2018

Agentlikdən sürücü və sərnişinlərə xəbərdarlıq!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Küləkli hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə
Bakı Nəqliyyat Agentliyi küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən Qaynarinfo-ya bildirilib ki, hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir.
Həmçinin Nəqliyyatı Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini məsləhət olunur.
Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!