Xəbər lenti

Ağır qəzaya düşən Xalq artistindən xəbər var
Ölkə11:00 24.08.2026

Ağır qəzaya düşən Xalq artistindən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

"Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.