Xəbər lenti

Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat (FOTO)
Ölkə10:38 19.12.2023

Şagirdi döyməkdə ittiham edilən idarə rəisinin yerinə təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Əliyev Coşqun Vidadi oğlu Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.
Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi.