Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadılar: "Belə şey görməmişəm" (VİDEO)
Güclü yağışlar Ağstafa rayonunun Köçvəlili kəndində bir sıra fəsadlar törədib.
Baku TV-nin məlumatına görə, yaşayış evləri su altında qalıb, təsərrüfatlara ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, gecə saatlarında başlayan intensiv yağıntı səhərədək davam edib.
"Zirzəmimiz suyun içindədir. Toyuq-cücənin hamısı boğulub. Bu yaşıma qədər belə şey görməmişəm", - deyə zərərçəkənlərdən biri bildirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Hazırda sel sularının çəkilməsi və alternativ istiqamətə yönləndirilməsi istiqamətində işlər aparılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər