Xəbər lenti

Ağstafada çoxmənzilli yaşayış binalarında aparılan təmir-bərpa işləri davam etdirilir (FOTO)
Ölkə14:26 25.07.2022

Ağstafada çoxmənzilli yaşayış binalarında aparılan təmir-bərpa işləri davam etdirilir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində o cümlədən coxmənzilli yaşayış binalarının təmiri işləri mərhələli şəkildə davam etdirilir. 
Belə ki, hazırda Ağstafa şəhəri S.Vurğun küçəsi, 98 ünvanında yerləşən beş mərtəbəli çoxmənzilli yaşayış binasında aparılan təmir və ətrafda həyata keçirilən abadlıq-quruculuq işləri binanın fasad hissəsinin rənglənməsi ilə yekunlaşmaq üzrədir. 
Həmçinin şəhərin Ş.Qurbanov küçəsi, 24 ünvanında yerləşən beş mərtəbəli çoxmənzilli yaşayış binasında suvaq və Soyuqbulaq qəsəbəsində yerləşən iki mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün yenidən qurulması işlərinə başlanılmışdır.