Xəbər lenti

Ahmet Kayanın cənazəsi Türkiyə gətirilir
Ölkə12:55 21.02.2013

Ahmet Kayanın cənazəsi Türkiyə gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin kürd əsilli müğənnisi Ahmet Kayanın cənazəsi Türkiyəyə gətirilə bilər.

Qaynar.info-nun məlumatına görə, bu barədə Fransanın paytaxtı Parisdə səfərdə olan Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış müğənninin məzarını ziyarət edən zaman deyib.

Ahmet Kayanın məzarına baş çəkən nazir sənətçinin ailəsinin icazə verəcəyi təqdirdə məzarın Türkiyəyə gətirilə biləcəyini söyləyib.

Bağış Türkiyədə artan azadlıqlardan danışaraq, Ahmet Kayanın bu azadlığın əvəzini qürbətdə vətən həsrətilə ölərək ödədiyini deyib: "Bəzi yaşadığımız azadlıqlarımızın fərqində deyilik, amma biriləri hamı üçün mübarizə apardı".

Ahmet Kaya 2000-ci ildə yaşadığı Paris şəhərində vəfat edib. Müğənninin məzarı da Parisdəki qəbiristanlıqlarn birindədir.

Qaynar.info