Xəbər lenti

Aİ Azərbaycana 13,5 milyon avro ayıracaq
Ölkə16:03 19.09.2016

Aİ Azərbaycana 13,5 milyon avro ayıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.

Tu barədə Avropa Komissiyasının xəbərində deyilir.

Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.

Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək.(trend)

Qaynarinfo.Az