"Boşanma elə prosesdir ki, burada müxtəlif yanaşmalar ola bilər. Bu, daha çox sosial-iqtisadi məsələlərlə bağlı fenomendir. Alkoqolizm, narkomaniya bunların fonunda olan məsələdir".
Bunu Qaynarinfo-ya açıqlamasında eksspert Nail Cəlil deyib. Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi sorğunu keçirəndə mütləq bu məqamı nəzərə almalı idi:
"Digər tərəfdən, xarakter uyğunsuzluğu, xəyanət, inamsızlıq və s. daha çox rol oynayan amillər sırasındadır. Bu amillər narkomaniya, zərərli vərdişlərdən, alkoqolizm, siqaret asılığından digər səbəblərdən geri qalan məqam deyil. Təbi ki, burada səbəblərin təsnifatı daha dərindir. Sosial etik dəyərlərin qorunması ilə bağlı sistemli yanaşmalara və müəyyən kompleksli qiymətləndirməyə ehtiyac var”.
Nail Cəlil bu istiqamətdə maarifləndirmə işlərinin çox vacid və eyni zamanda önəmli olduğunu hesab edir:
"Dəyərlərin möhkəmləndirilməsi, dərinləşdirilməsi, eyni tələblər, informasiya məkanında insanların mənəvi, psixoloji keyfiyyətlərinin artırılması istiqaçmətində sistemli fəaliyyə ehtiyac var".
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi boşanma mövzusunda sorğu keçirilib. Sorğuda məlum olub ki, boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6%) ailədə narkomaniya və alkoqolizmdir.
Bahar Rüstəmli