Xəbər lenti

Ağır itkidən sarsılan Könül: "Son nəfəsində əli ilə saatı göstərdi"
Ölkə18:10 31.07.2019

Ağır itkidən sarsılan Könül: "Son nəfəsində əli ilə saatı göstərdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Könül Xasıyeva atasından danışaraq göz yaşı töküb.
Qaynarinfo yenicag.az-a istinadla xəbər verir ki, sənətçi atasının son arzusundan, son nəfəsində ona etdiyi işarədən danışıb:
"Şəkidəki evimiz çox köhnə idi. Həyətdə atamla oturub söhbət edirdik. Dedi elə istəyirəm ki, bu evi təmir edək. Son nəfəsində də yanında idim. Əli ilə saatı göstərdi. Dedim ki, birin yarısıdır. Əli ilə iki işarəsini göstərdi. Düz saat ikidə canını tapşırdı".