Xəbər lenti

Airbus-320 təyyarəsində vətəndaşlarımızın mövcudluğu araşdırılır
Ölkə17:45 24.03.2015

Airbus-320 təyyarəsində vətəndaşlarımızın mövcudluğu araşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır. Bunu Trend-ə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
"Germanwings" aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.
Qaynar.info