Xəbər lenti

Dünya 18:27 13.04.2024

AK rəhbəri AfD partiyasını Rusiya ilə əməkdaşlıqda ittiham etdi

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Almaniyanın sağçı "Almaniya üçün Alternativ" (AfD) Partiyasının nümayəndələrini Rusiya ilə qarşılıqlı əlaqədə olmaqda və Avropa İttifaqında rusiyayönlü rəvayətlər yaymaqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

"Çexiya məxfi xidmətinin hazırda Avropa seçkilərində AfD siyahısına rəhbərlik edən iki namizədi araşdırmasına təəccüblənmirəm. Onlar uzun müddətdir ki, Avropa İttifaqına qarşı kampaniya aparırlar", deyə AK rəhbəri vurğulayıb.

Martın sonunda "Başqa Ukrayna" hərəkatının sədri Viktor Medvedçuk Avropa Parlamentinə seçkilər ərəfəsində avropalı siyasətçilərə rüşvət verməkdə ittiham olunub.

Martın 27-də Çexiyanın baş naziri Petr Fiala ölkəsinin "Avropanın səsi" radiosu Viktor Medvedçuka və prodüser Artem Marçevskiyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Onun sözlərinə görə, "Başqa Ukrayna" hərəkatının sədri "Rusiya təsirini yaymaq məqsədilə" bir sıra təsir əməliyyatları və ya şəbəkələrinə rəhbərlik edib, Kremllə əlaqəsi var.

Aprel ayında Belçikanın baş naziri Aleksander De Kro Rusiyanın iyun ayında keçirilən Avropa Parlamenti seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı təhqiqat elan edib və bildirib ki, Belçika kəşfiyyatı Rusiyanın Aİ-nin Ukraynaya dəstəyini sarsıtmaq cəhdlərini təsdiqləyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?