Xəbər lenti

Akademik: "...bir neçə nazirlik adını dəyişməli olacaq"
Ölkə07:53 20.02.2018

Akademik: "...bir neçə nazirlik adını dəyişməli olacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Orfoqrafiya qaydaları layihəsində əksini tapan bəzi təkliflər qəbul olunsa dövlət büdcəsindən xeyli vəsait gedəcək".
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, deputat, akademik Nizami Cəfərov deyib. 
O bildirib ki, iki "y" hərfi ilə yazılan sözlərin bir "y" ilə yazılması təklifi qəbul olunsa bir neçə nazirlik adını dəyişməli olacaq: "Məsələn, Ədliyyə, Maliyyə nazirlikləri. Bu iki nazirliyin adı dəyişsə nə qədər sənəd dəyişməli olacaq ki, bu da büdcədən xeyli vəsaitin getməsinə səbəb olacaq".
N.Cəfərov bildirib ki, Ana dilini tərifləmək yox, gözəl danışıb, gözəl yazmağı bacarmaq lazımdır: "Bu gün dilin əsas problemlərindən biri texniki məsələlərlə bağlıdır".