Xəbər lenti

Akif Əlizadə: “AMEA-da ixtisarlar olacaq”
Ölkə09:17 26.04.2013

Akif Əlizadə: “AMEA-da ixtisarlar olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İndiki strukturda xeyli şişirtmələrə yol verilib”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini ləğv edib, yeni şöbələr yaradacağıq”. Bu fikirləri APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı AMEA-nın akademik-katibi Rasim Əliquliyevə tapşırıq verilib: “Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər”. 

Qaynar.info