Xəbər lenti

Akif Nağı polisə aparılıb
Ölkə10:22 11.06.2015

Akif Nağı polisə aparılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

QAT sədri Akif Nağı bu gün Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. 

Bu barədə “Musavat.com”-a Qarabağ Azadlıq Təşkilatından məlumat verilib. 

Akif Nağı nə üçün polisə aparıldığı ilə bağlı heç nə deyilməyib. Güman olunur ki, bu, QAT-ın erməni idmançılarının Birinci Avropa Oyunlarında iştirakına etiraz aksiyaları ilə bağlıdır. 

A.Nağı özü isə əməkdaşımızın telefon zənginə cavabında “Polisə gedirəm, hələ heç nə məlum deyil” deməklə kifayətlənib.

Qaynar.info