Xəbər lenti

Akif Çovdarovun adamı azadlığa çıxır
Ölkə10:40 02.05.2019

Akif Çovdarovun adamı azadlığa çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbs edilən MTN generalı Akif Çovdarovun işçisi olmuş və mütəşəkkil cinayətkar dəstə üzvü kimi onunla birgə ittiham edilən Akif Əliyevin cəzası azaldılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən A.Əliyev kassasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib.
2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir.