Xəbər lenti

Akif Qurbanov Aqramuntla görüşdü və tənqid etdi...
Ölkə10:53 29.02.2016

Akif Qurbanov Aqramuntla görüşdü və tənqid etdi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) sədri Akif Qurbanov Avropa Şurası Parlament Assambleyasının Prezidenti Pedro Aqramuntla görüşüb. 

İDİ-nin mətbuat xidmətindən Arqument.Az-a daxil olan məlumata görə, Akif Qurbanov Aqramuntla görüşündə Azərbaycandakı mövcud  vəziyyəti müzakirə edib.

İDİ sədri ölkədəki mövcud ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, seçkilərlə bağlı problemlər, Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi ilə bağlı mövzulara toxunub və bununla bağlı çıxış yolları təklif edib. Həmçinin İDİ sədri Avropa Şurasının prezidentindən qrumun öz dəyərlərinə və prinsiplərinə sadiq olmağa çağırıb. 

A. Qurbanov AŞPA prezidentinin seçkilər və digər məsələlərdə irəliləyişlərin olması ilə bağlı fikirlərini də tənqid edib. Belə ki, İDİ sədri 2010 və 2015-ci illərdəki seçkilərin nəticələrinin müqayisəli təhlilini Aqramuntın diqqətinə çatdırıb və "indi bu rəqəmlərə baxın, görün hansı irəliləyişlərdən danışırsınız", - deyə A.Qurbanov bildirib.

Qaynar.info