Xəbər lenti

“Akkord”un fırıldağının üstü aşıldı - Məhkəməyə verilir
Ölkə11:22 11.08.2014

“Akkord”un fırıldağının üstü aşıldı - Məhkəməyə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış saytın rəhbər şəxsi Akkord şirkətini məhkəməyə verir.

Səbəb işə həmin şirkət tərəfindən ona satılmış mənzilin sahəsinin az olmasıdır.

Mili.Az saytında baş redaktorun müavini, kriminal yazar Anar Məmmədov Bakuinfo.Az-a müraciət erərək bildirib ki, Akkorddan aldığı 79,05 kvadratmetr sahəsi olan mənzilin real sahəsi 8 kvadratmetr azdır. Bunun üçün məhkəməyə müraciət edəcək.

Şikayətçi yazır ki, 2010-cu ilin aprelində Akkord  şirkətinin Sabunçu rayınu, Bakıxanov qəsəbəsində yerləçən Uğur-2 kompleksindən mənzil alıb. Ümumi sahəsi müqaviləyə görə, 79,05 kv.metr olan mənzil üçün ilkin ödəniş kimi 12000 manat ödəyib, qalan məbləği isə 60 aylıq kreditlə ödəmək üçün müqavilə bağlayıb.

"Bina iki il əvvəl təhvil verildi, bir il əvvəl isə təmir etdirib mənzilə yaşamağa başladım. Təmirə başlayanda usta evin sahəsini ölçən zaman sahənin az olduğunu dedi, lakin inanmadım. Bir neçə ay əvəl özüm mütəxəsis çağıraraq mənzilin sahəsini artıqlaması ilə ölçdürdüm və acınacaqlı nəticə ortaya çıxdı.

Mənzilin ümumi sahəsi müqavilədə mənə satılandan 8 kvadrat metr az idi.

Bu məsələ ilə bağlı Akkord şirkətinə yazılı və şifahi müraciət etdim. Hətta şirkətin baş direkrtoruna məktub  ünvanlasam da, müraciətimə cavab verilmədi. Yəni onların işi mənzili müştərilərə sırımaq və sonradan onu saymamaqdan ibarətdir.

Ən dəhşətlisi odur ki, olmayan 8 kvadrat metrlik sahəni Akkord mənə 60 aylıq kreditə sataraq faiz ödətdirir.

Başa düşmürəm, bu şirkətin vəzifəsi insanlar üçün ev tikməkdir, yoxsa onların ehtiyacından, gücsüzlüyündən istifadə edərək həyatlarını sökmək?

Məsələni hüquqi müstəvidə həll etmək qərarındayam. Artıq vəkillə danışmışam və müqaviləni təqdim etmişəm. Yaxın günlərdə məhkəmə iddiası qaldıracağıq.

Kobud şəkildə desəm, Akkord binanın pilləkənlərinin ərazisini, mənzilin kənar sahəsini, hətta hava sahəsini də müştərilərə satıb.

Bu məsələ hüquqi müstəvidə həll edilməlidir. Akkord nümayəndələrinin əsaslandırmalarını məhkəmədə eşitmək mənim üçün, elə bütün mənim kimi hüququ pozulan sakinlər üçün maraqlı olacaq" - deyə A.Məmmədov əlavə edib.

Qaynar.info