Dünya 13:21 29.05.2023

Akopyan: Təkcə Meğri yolu deyil, Qazaxa, Qarsa, Naxçıvana gedən yollar da açılmalıdır

Kommunikasiyaların, xüsusən də dəmir yolu xətlərinin blokdan çıxarılması Ermənistan üçün yalnız Meğridən deyil, bütün marşrutlar açıldığı halda faydalı olacaq. 
 
Qaynarinfo xəbər verir ki, bunu Sputnik Ermənistan-a müsahibəsində Cənubi Qafqaz Dəmir Yolu Veteranlar Şurasının sədri Levon Akopyan deyib.

"Əgər Meğridən keçən yol ilə yanaşı, İcevandan Qazaxa, Gümrüdən Qarsa, Yerasxdan Naxçıvana gedən yollar da açılsa, iqtisadi əlaqələrimiz möhkəmlənər. Və əgər Azərbaycanla Naxçıvan arasında Meğridən keçən yolun cəmi 44 km. açılsa, bu, Ermənistan heç nə verməyəcək”, - o əlavə edib.

Ona görə də kommunikasiyaların açılması ilə bağlı müqavilələrdə, əgər varsa, bütün bu dəmir yolu qovşaqlarının açılışını mərhələlərlə deyil, birlikdə etmək lazımdır, - Akopyan bildirib.

Yolların açılması Türkiyə üçün də faydalı ola bilər, çünki o, Azərbaycanla ən qısa əlaqəni Gümrü və Vanadzor (Qarakilsə. – Qaynar.), daha sonra isə Dilican (Əgər Vanadzor-Dilican qolu salınarsa - red.) vasitəsilə əldə edəcək. Təbii ki, Meğridən keçən dəhliz də fayda verər”, - o əlavə edib.

Ermənistan üçün İcevan-Qazax yolu Rusiyaya ən qısa yol kimi sərfəlidir. Meğridən keçən Azərbaycan yolu daha uzundur, lakin onun düz relyefi böyük qatarların onun üzərindən daha yüksək sürətlə keçməsinə imkan verir.

Türkiyə və Azərbaycanla dəmir yolu qovşaqlarının bərpasına nə qədər vaxt lazım olacaq sualına Akopyan cavab verib ki, kifayət qədər maliyyə ayrılsa, il yarıma onların hamısını bərpa etmək olar. İşin böyük hissəsi Azərbaycana gedən yolun bir hissəsinin sürüşmə zonasında olduğu İcevan istiqamətində aparılacaq. Bəzi ərazilərdə torpaq sürüşmələri yenidən çəkilməli olan dəmir yolu relsini dağıdıb.

Yerasx (Arazdəyən. - Qaynar) tərəfdən Naxçıvanla sərhədə qovşağı bir neçə aya, eləcə də Gümrüdən Axuryana (Arpaçay. – Qaynar.) (Türkiyə ilə sərhəd) qədər bərpa etmək olar.

"Qars tərəfdən bu hissə daha uzun müddət yenidən qurulmalı olacaq, çünki məndə olan məlumata görə, Türkiyə onu çoxdan təmir etmir", - Akopyan əlavə edib.
Vaqonlarda heç bir problem olmamalıdır: kifayət qədər yük varsa, yəni kifayət qədər qazanc varsa, onlar üçün dərhal vaqonlar təklif ediləcək, - Akopyan vurğulayıb.

O qeyd edib ki, mənfəət gözləmək olar, çünki dəmir yolu ilə daşınma xərcləri, ceteris paribus, avtomobil yolu ilə müqayisədə daha aşağıdır və həcmlərin artması ilə xərclər xeyli azalır.

Alpər