Xəbər lenti

Aksiya bitdi: Çoxlu saxlanan var - FOTOLAR - YENİLƏNİB
Ölkə12:40 10.03.2013

Aksiya bitdi: Çoxlu saxlanan var - FOTOLAR - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

16:40

Aksiyada 100-ə qədər gənc saxlanılıb

Bu gün Bakıda  “Fəvvarələr” meydanında “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiya zamanı  Müsavat Partiyası gənclər təşkilatının sədr müavini Rauf Məmmədli,  Müsavat gənclər təşkilatının üzvləri Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla və Fərid adlı  gənc polis tərəfindən saxlanılıb.

Aksiyada saxlanılanların arasında ADP üzvləri Osman Əhmədov, Orxan Babayev də var.

“OL” Gənclər Təşkilatından Ruslan Əsəd  də polis  tərəfindən saxlanılıb.

Polis tərəfindən  xüsusi avtobuslara doldurulan etirazçılara qarşı zor tətbiq olunub. Onlar döyülüblər, üzlərinə gözyaşardıcı qaz vurulub.

Musavat.com-un məlumatına görə, ümumilikdə 100-ə qədər gənc saxlanılıb.

ADP-nin Binəqədi təşkilatının sədri Şəhla Hacıyeva musavat.com-a deyib ki, onu, Səadət Hüseynova və Ülkər Rzayeva adlı xanımları islanmış vəziyyətdə polis avtobuslarına dolduraraq bölməyə aparıblar. Onlarla bərabər Anar Namazov, Tural Məmmədov, Xətai Qurbanlı, Mehman Mehmanzadə, Hüseyn Eminli də saxlanılanlar arasındadır.

VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, 10 mart aksiyası zamanı bur partiyanın fəalları Əlövsət Əliyev, Səbuhi Quliyev, Asimə Nəsirli, Səadət Abdullazadə, Türkan Əziz və Sevinc Mahmudova da saxlanılıb.

"Milli fikir" mərkəzinin rəhbəri Şəhriyar Həmidovun nusavat.com-a verdiyi xəbərə görə, aksiya zamanı təzyiqli su şırnağına məruz qalan və üzdən jurnalist gödəkçəsini çıxaran jurnalist Kamran Həsənli (Etatist.com saytının əməkdaşı) saxlanılaraq polis bölməsinə aparılıb.

Qaynar.info

15:54 

Aksiya, demək olar ki, səngiyib. Polis meydana nəzarət edir. Şu şırnağı vuran maşın da hələ ki meydandadır. Ümmumilikdə 70-ə yaxın aksiya iştirakçısı saxlanılıb.

15.50.

Aksiya yekunlaşmış sayılır. Fəvvarələr meydanında yalnız polislər və jurnalistlər qalıb. Saxlanılanların əsasən Səbayel və Yasamal polis idarələrinin bölmələrinə aparıldığı bildirilir.

15.30.

Jurnalistlər supüskürdən maşından vurulan təzyiqli su şırnaqlarının altında islanıblar.

15.28.

Çevik polis alayının əməkdaşları pərən-pərən salınmış aksiya iştirakçılarını bir-bir tutub, yaxınlıqda dayanmış avtobuslara aparırlar.

15.27.

Aksiya davam edir. Gənclər şəhid əsgərlərin valideynləri ilə birlikdə "Makdonalds"ın qarşısında şüarlar səsləndirirlər. Polislər onların qarşısını kəsiblər, ancaq həmlə edib qovmurlar.

15.25. Polis havaya rezin güllələr atır, səsgücləndiricilərlə çağırışlar edirlər. Saxlanılanların sayı xeyli artıb.

15:17

Hazırda polis aksiya iştirakçılarını su şırnağı vasitəsilə dağıtmağa çalışır. Su şırnağı nəticəsində 30-a yaxın aksiya iştirakçısı xəsarət alıb. 

Qaynar.info-nun əməkdaşının məlumatına görə, aksiyada 700-dən çox insan iştirak edir və Fəvvarələr meydanı polis tərəfindən mühasirəyə alınıb.10-yaxın adam saxlanılıb.

Aksiya iştirakçıları "Azərbaycan" kinoteatrı istiqamətində irəliləyirlər. 

13:37

Polis Fəvvarələr meydanında keşiriləcək aksiya ilə bağlı ərazinin nəzarətə götürüb. Qaynar.info-nun əməkdaşının verdiyi məlumata görə, "Sahil" metrosundan Fəvvarələr meydanına keçən yollar, "Axundov bağı", həmçinin "İçərişəhər" metrosunun çıxışı polis tərəfindən bağlanıb. 

Əraziyə aksiyaçıları daşımaq üçün iri sərnişin avtobusları və aksiyanı dağıtmaq üçün su maşınları (su şırnağı) gətirilib. Ərazidə xeyli sayda polis və mülki geyimli şəxslər var. Fəvvarələr meydanı demək olar ki, tam mühasirəyə alınıb. 

Fotoların müəllifi: Bayram İsgəndərov

Qaynar.info