Ölkə 12:07 26.12.2022

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə kimi burada olacaqlar - Laçın-Xankəndi

"Dekabrın 12-də Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində başlayan ekoloji aksiya 15-ci gündür ki, davam edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov deyib. O bildirib ki, aksiya iştirakçılarının tələbləri dəyişməyib:

"Eyni şüarlar səsləndirilir. Əsasən də "Ekoloji terrora son”, "Monitorinqə hə” şüarları səsləndirilir. İlk gündən iştirakçıların Rusiya sülhməramlılarının rəhbəri general Volkovun aksiyaya gəlməsi tələbi hələ də yerinə yetirilməyib. Aldığımız məlumata görə, erməni tərəfdə aksiyanın bu gün sonlandırılması haqqında məlumatlar yayılıb. Bu, ermənilərin növbəti yalanıdır. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə kimi burada olacaqlarını və aksiyanı davam etdirəcəklərini bildiriblər. Gün ərzində Lacından Xankəndiyə, Xankəndidən isə Laçına 20-dən yuxarı humanitar yönlü maşınların keçirilməsi maneəsiz baş tutur”. 
  
Şöhrət Eyvazov ermənilərin Xankəndidə keçirdikləri mitinqlə bağlı aksiya iştirakçılarının da məlumatlı olduğunu vurğulayıb:

"Ora insanları hansısa məktəblərdən, iş yerlərindən məcburən yığırlar. Amma buradakı insanlar könlünün səsi, vətən sevgisi ilə aksiyaya dəstək verir”.

Bahar Rüstəmli