Xəbər lenti

“Aksiyanı dayandırmaq fikrimiz yoxdur” - Vüsal Məmmədov (FOTO)
Ölkə09:30 14.12.2022

“Aksiyanı dayandırmaq fikrimiz yoxdur” - Vüsal Məmmədov (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 "Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın yaxın günlərdə başa çatacağına inanmıram. Düşünürəm ki, aksiya hələ bir həftə davam edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında jurnalist Vüsal Məmmədov 3 gündür ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Vüsal Məmmədov deyib ki, aksiyada iştirakçılar ən çox "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, "Ekoloji terrora son qoyulsun” şüarlarını sələndirir:"Arada Rusiyalı sülhməramlıların komandanı Volkovla bağlı şüarlar da səsləndirilir. İndi artıq bu şüar arxa plana keçib”. 
Vüsal Məmmədov bildirib ki, Volkov bu 3 günün əsas mənfi qəhrəmanıdır:
"Əgər o, vaxtında düzgün qərarlar qəbul etsəydi, adekvat addımlar atsaydı, məsələ bu qədər qəlizləşməzdi. Ancaq onun erməni təxribatlarının qarşısını almaq əvəzinə,  əksinə, rəvac verməsi azərbaycanlıların yolunu kəsməsi və buna heç bir izah verməməsi hadisələri bir az da qəlizləşdirdi. İndi əsas suallar Volkova yönəlib. Aksiyaçılar tələb edir ki, Volkov hadisə yerinə gəlsin. Bizim ona bir sualımız var – "Sən nəyə nail olmaq istəyirsən?”. Volkov isə gəlmir və gələcəyi ilə bağlı heç bir məlumat da yoxdur”. 
Vüsal Məmmədov rus sülhməramlılarının aksiya iştirakçılarına heç bir məlumat vermədiyini vurğulayıb:
"Onlar daş kimi bir yerdə dayanıb susurlar. İştirakçıların heç bir problemi yoxdur. Rusiyalı sülhməramlıların hansısa zorakılığa əl atacağı inandırıcı deyil. Üstəlik, aksiyadan bir az aralıda Azərbaycanın Daxili Doşunların sülhməramlı əsgərləri var, onlar aksiya iştirakçılarında bir güvən yaradır. Oturmağa, dincəlməyə yer yoxdur, bütün günü ayaq üstə oluruq. Olmamağı da anlaşılandır, çünki bura balaca məkandır”
Bahar Rüstəmli