Xəbər lenti

Həbsdən çıxan Akif Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi (FOTOLAR)
Ölkə11:33 04.05.2019

Həbsdən çıxan Akif Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azadlığa buraxılmağıma görə, bir hərbçi kimi Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Qaynarinfo xəbər verir ki, bunu ONA-ya açıqlamasında bu gün azadlığa buraxılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi Akif Əliyev deyib.
O, azadlığa çıxdığı üçün sevincli olduğunu dilə gətirib: "Azadlığım mənim üçün dövlətimə xidmət etmək naminə bir şansdır. Mən hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olmuşam və dövlət maraqlarını hər şeydən üstün tutmuşam".
A. Əliyev həbsdən çıxan kimi vəkili Anar Qasımlı ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmə A. Əliyevin cəzasını 5 ildən 3 il 6 aya endirib. Cəza müddəti başa çatdığı üçün o, bu gün azadlığa buraxılıb. A. Əliyev keçmiş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, A. Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
12:02
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəza 3 il 6 aya endirib.
Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb.
Qeyd edək ki, A.Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.