
Albalı şirəsi faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində A, C, E, P, B qrupu, fol turşusu kimi vitaminlər, kalsium, kalium, maqnezium, fosfor, dəmir kimi minerallar var.
Həmçinin albalı şirəsi antioksidantlar, orqanik turşular, kumarin, antosian və pektinlər, büzücü maddələrlə zəngindir.
Qaynarinfo.az saglamolun.az-a istinadən bildirir ki, albalı şirəsi müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası üçün istifadə olunur.
Albalı şirəsinin müalicəvi xüsusiyyətləri:
- Dəmir, mis və fol turşusu ilə zəngin olan albalı şirəsi qanın tərkibinə çox müsbət təsir edir. Bu səbəbdən albalı şirəsi qanazlığının müalicəsində və profilaktikasında geniş istifadə olunur.
- Hamilə qadınlar və uşaqlar üçün çox faydalıdır.
- İltihab və mikrobəleyhinə təsirə malikdir.
- Ürək-damar sisteminə müsbət təsir edir - damarları möhkəmləndirir, daha elastik edir, arterial təzyiqi və qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun qarşısını alır. Kardioloqlar pasientlərinə hər gün 1/2-1 stəkan albalı şirəsi qəbul etməyi tövsiyə edirlər.
- Şəkərli diabetdən əziyyət çəkənlərə kömək edir - qanda şəkərin səviyyəsini aşağı salır.
- İnfarkt və insult keçirmiş insanlar üçün faydalıdır, orqanizmin bərpasına kömək edir.
- Antioksidantlarla zəngin olan albalı şirəsi xərçəng əleyhinə təsirə malikdir.
- Yorğunluğu və baş ağrılarını azaldır, sakitləşdirir, yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir, yaddaşı möhkəmləndirir.
- Podaqra zamanı yaxşı kömək edir. Qanda podaqraya səbəb olan uratların (sidik turşusu) səviyyəsini aşağı salır.
- Oynaqların sağlamlığını qoruyur. Artritin profilaktik vasitəsi sayılır.
- Maddələr mübadiləsi prosseslərinə müsbət təsir edir, arıqlamağa kömək edir.
Qaynarinfo.az