Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib.
Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib:
"Mən uyğun bir vaxtda Azərbaycana getməyə hazıram. Həmkarımı (Sahibə Qafarovanı-red.) hər hansı bir formatda Ermənistana dəvət etmək niyyətindəyəm".
Şərhlər