Xəbər lenti

Ali Hərbi Məktəbin zabiti qəza törətdi
Ölkə06:30 26.05.2014

Ali Hərbi Məktəbin zabiti qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yüksək vəzifəli hərbçi qəza törədib.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin laboratoriya rəisi, kapitan Anar Mehman oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı maneəyə vurub. Nəticədə hərbçi ağır xəsarətlərlə hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA/

Qaynar.info