
Ali Məhkəmənin siyasətçilər Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, İqbal Ağazadə, İbrahim İbrahimli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərara nə vaxt baxacağı hələ məlum deyil.
Bunu “Media forum” saytına Ali Məhkəmədən bildiriblər.
2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş bu şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər. Avropa Məhkəməsi onların məhkum olunmasını qanunsuz sayıb.
Ali Məhkəmənin 2013-cü il noyabrın 15-də keçirilən plenumunda həmin məsələyə də baxılmalı idi. Lakin bu işlə bağlı məruzə edəcək hakimin xəstə olması səbəbindən qərara baxılması təxirə salınıb.
Qaynar.info