XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirildi (FOTO)
Ölkə18:18 31.08.2026

Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirildi (FOTO)

2026-cı il avqustun 31-də Azərbaycan Respublikasının Ali Məhkəməsində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Görüş zamanı ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir. Məhkəmə-hüquq sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin təşviqi, eləcə də hər iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.

Görüşdə həmçinin məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.