Xəbər lenti

Ali Məhkəmənin 3 hakimi yenidən təyin edildi
Ölkə08:23 06.05.2016

Ali Məhkəmənin 3 hakimi yenidən təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Milli Məclisin plenar iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Apa-nın məlumatına görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, qərar layihəsində səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyevin yenidən Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif olunur. Ə. Hüseynli bildirib ki, bu hakimlərin təyinatı müddətsiz xarakter daşıyır.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qaynarinfo.az