Xəbər lenti

Ali Məhkəmənin hakimi təqaüdə yola salındı (FOTO)
Foto 17:32 16.09.2025

Ali Məhkəmənin hakimi təqaüdə yola salındı (FOTO)

2025-ci il sentyabrın 16-da Azərbaycan Respublikası  Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.  

Qaynarinfo xəbər verir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb. 

Hakimin bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub. 

Tahir Kazımov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda Tahir Kazımov "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->