
Ali Məhkəməyə ayrılan büdcə vəsaitinin məbləği açıqlanıb.
Apa-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin 2015-ci ilə dair illik hesabatında qeyd edilib. Məlumata görə, 2016-cı ildə Ali Məhkəməyə ayrılan büdcə vəsaiti 7.063.700 manat müəyyən edilib. Bu 2015-ci ildə ayrılan büdcə vəsaitindən 99.532 manat azdır. Belə ki, 2015-ci ildə həmin məbləğ 7.163.232 manat, əmək haqqı fondu isə 4.826.385 manat olub.
Qaynar.info