Xəbər lenti

Ali məktəb və kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Ölkə09:49 19.02.2020

Ali məktəb və kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.
DİM-dən Qaynarinfo-ya bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.
Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.