Xəbər lenti

Ali məktəbdə kütləvi dava düşdü: tələbə bıçaqlandı
Ölkə14:35 21.04.2017

Ali məktəbdə kütləvi dava düşdü: tələbə bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində tələbə bıçaqlanıb.
"Qaynar"ın "Report"un məlumatına istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin  tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
"Report"un əldə etdiyi məlumata görə, Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.
Qaynar.Az