Xəbər lenti

Ali məktəbə qəbul ola bilməyən qız özünü bıçaqladı - Azərbaycanda
Ölkə05:44 01.10.2013

Ali məktəbə qəbul ola bilməyən qız özünü bıçaqladı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samuxda ali məktəbə qəbul ola bilməyən qız özünü bıçaqlayıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Samux rayon İnstitut qəsəbə sakini, 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir.

 Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də, sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbiləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info