Xəbər lenti

Ali məktəblərə qəbul olunanların adları bu tarixdə açıqlanacaq
Ölkə13:53 08.09.2020

Ali məktəblərə qəbul olunanların adları bu tarixdə açıqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 10-dan 20-dək abituriyentlər ali məktəblərə ixtisas seçimi edəcəklər, ayın 17-dək isə keçirilən qabiliyyət imtahanlarının nəticələri elan olunacaq.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ixtisas seçimi yekunlaşandan sonra ali məktəblərə tələbə yerləşdirilməsi prosesinə sentyabrın 20-dən başlanacaq.
Daha sonra ali məktəblərdə qeydiyyat mərhələsi başlayacaq.