Xəbər lenti

Ali məktəblərlə bağlı qərar verildi: Ənənəvi, yoxsa distant təhsil? (RƏSMİ)
Ölkə09:18 06.09.2022

Ali məktəblərlə bağlı qərar verildi: Ənənəvi, yoxsa distant təhsil? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il ölkənin ali məktəblərində tədris ənənəvi formada təşkil olunacaq.
Qaynarinfo xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Qurum rəsmisi bildirib ki, universitetlər ümumilikdə dərsləri istədikləri formada təşkil edə bilərlər.
Universitetlərdən verilən məlumata görə də tədris əsasən ənənəvi formada keçiriləcək. Belə ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti tədrisi ənənəvi formada təşkil edəcək.
Bakı Dövlət Universitetində isə təhsilin hansı formada olacağı bəlli deyil.
Qeyd edək ki, pandemiya səbəbindən universitetlərdə tədris hibrid formada təşkil edilmişdi.