
Gəncədə 19 yaşlı qız gənc intihar edib.
Bu barədə şəhər Prokurorluğundan ganca.az-a verilən məlumata görə, hadisə şəhərin E. küçəsi, N ünvanında qeydə alınıb.Həmin ünvanda yaşayan, 19 yaşlı V. F.-yeva yaşadığı evin damında özünü asıb.
Məlumatda bildirilib ki, hadisənin baş vermə səbəbi ilkin ehtimal kimi, qızın ali təhsil alma istəyi ilə bağlı olub. Belə ki, V. bu il ali təhsil almaq üçün imtahan verib, lakin topladığı bal ödənişli ixtisaslara yetdiyindən və ailəsinin onu oxutmağa maddi imkanı çatmadığından bu, mümkün olmayıb. İntihar etməzdən əvvəl isə V. məktub yazıb və orda ölümündə heç kimin günahkar olmadığını bildirib.
Faktla bağlı cinayət işi başlanıb və hadisənin dəqiq səbələri araşdırılır.
Qaynar.info