Xəbər lenti

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq? - Nazirlikdən açıqlama
Ölkə12:38 02.09.2021

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq? - Nazirlikdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.
Qaynarinfo xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu barədə hələlik bir məlumat yoxdur.
Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.