Xəbər lenti

“Ali təhsil müəssisələrinin formatı dəyişməlidir” - Ekspert
Ölkə07:03 07.06.2023

“Ali təhsil müəssisələrinin formatı dəyişməlidir” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son üç ilin nəticələrini təhlil edəndə təhsil sistemində geriləmələrin olduğu müşahidə olunur. Bunun səbəbi tədrisin təşkili ilə əlaqədardır. Bu sahədə yol verilən nöqsanlar yekunda qəbul imtahanlarının nəticələrinə təsir edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov II ixtisas qrupu üzrə abituriyentlərin imtahan nəticələrini şərh edərkən deyib. 
O bildirib ki, II və III qrup üzrə imtahanların nəticələrini görəndə tədris prosesində baş verən boşluqların şahidi oluruq:
"Yüksək bal toplayan qruplar  üzrə balların toplandığı ərazilərə baxanda görürük ki, hətta əvvəlki illərdə yüksək nəticələri olan liseylərin də nəticələri ürəkaçan olmayıb. Son 3 il ərzində Elm və Təhsil Nazirliyinin təyin etdiyi direktorlar liseylərin nəticələrinə mənfi təsir göstərirlər. Açıqlanan II və III qruplarının imtahan nəticələri bir-birindən fərqlidir. Biri humanitar, biri texniki sahəyə aiddir. II ixtisas qrupu həmişə özünün yüksək olmayan nəticələri ilə diqqəti cəlb edib. II ixtisas qrupu üzrə coğrafiya, riyaziyyat fənninin test tapşırıqları imtahan nəticələrinə müəyyən qədər təsir edib”.
Kamran Əsədov ali məktəblərə aşağı ballarla abituriyentlərin qəbul edildiyini və bununla da plan yerlərini doldurmaq məqsədinin daşındığını vurğulayıb: 
"Bu il ali məktəb müəssisələrinə qəbul plan yerləri kəskin şəkildə artacaq. Bu amil onu deməyə əsas verir ki, yüksək hazırlıqlı deyil, orta və aşağı hazırlıqlı abituiyentləri daha çox ali məktəb müəssisələrinə qəbul edirik. Yekunda əmək bazarına mütəxəssis kimi deyil, sadəcə diplomlu mütəxəssis kimi gəlirlər”. 
Kamran Əsədov hesab edir ki, ali təhsil müəssisələrinin formatı dəyişməlidir. "Xüsusi ilə II ixtisas qrupunda tarixə aid olan ixtisas yoxdursa, tarix fənnini imtahandan çıxartmalıyıq”, deyə ekspert vurğulayıb. 
Qeyd edək ki, ali məktəblərə II və III qrup abituriyentlərinin imtahan nəticələri elan olunub. II ixtisas qrupu üzrə isə ən yüksək nəticə 394.0 bal (II ixtisas qrupu üzrə ən yüksək nəticə 690.7 bal), III ixtisas qrupu üzrə ən yüksək nəticə 392.5 bal, (III ixtisas qrupu üzrə yüksək nəticə 679.3 bal) olduğu açıqlanıb. 
Bahar Rüstəmli