Xəbər lenti

Alıcıları çaşdıranlar cəzalandırıldı
Ölkə10:15 03.07.2013

Alıcıları çaşdıranlar cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bücürük” uşaq geyimləri mağazasında yoxlama aparılıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhərində fəaliyyət göstərən “Tekhan Gida Giyim Hayvancılık Turizm Sanayi və Ticarət Anonim” şirkətinə məxsus “Bücürük” uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. 

Anspress İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, satışda olan mallara endirim tətbiq olunması barədə mağazanın giriş hissəsində reklamlar yerləşdirilsə də, mallara endirim tətbiq edilmədiyi, habelə yayımlanan reklamlarda yalnız xarici dildən istifadə edildiyi müəyyən olunub. 

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. 

Eyni zamanda mağazanın məxsus olduğu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılaraq 2,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Qaynar.info