Xəbər lenti

Alim Qasımov Azərbaycandan gedir
Ölkə13:05 23.07.2013

Alim Qasımov Azərbaycandan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova yeni qastrol səfərinə hazırlaşırlar.
Qastrol səfəri haqqında APA-ya məlumat verən Alim Qasımov bildirib ki, avqustun 2-də Tunisə səfər edəcəklər: “Fərqanə ilə bir yerdə konsert proqramı ilə çıxış edəcəyik. Repertuar xalq mahnıları, muğamlardan ibarət olacaq. Avqustun 5-də vətənə qayıtmağı düşünürük”.
Alim Qasımov bildirib ki, ilin sonunda Türkiyə və Fransaya da səfərləri planlaşdırılır. 
Qaynar.info