Xəbər lenti

Alimentin miqdarı artırıldı
Ölkə09:17 09.01.2019

Alimentin miqdarı artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib:
"Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”. 
"Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib:
Yaşayış minimumu ölkə üzrə - 180 manat, 
Əmək qabiliyyətli əhali üçün - 191 manat,
Pensiyaçılar üçün -149 manat, 
Uşaqlar üçün -160 manat,
Ehtiyac meyarı - 143 manat.
Əlilliyi olan şəxslərə verilən pensiyalar:
1-ci qrup - 74 manat, 
2-ci qrup - 61 manat, 
3-cu qrup - 52 manat”.